Connect with us

Bloq – Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı

Yale, Harvard, Georgetown Hüquq Məktəblərindən Jurnala Gələn Təbriklər

BLOQ1

Bloq

Yale, Harvard, Georgetown Hüquq Məktəblərindən Jurnala Gələn Təbriklər

Jurnalımıza Yale, Harvard, Georgetown Hüquq Məktəblərindən gələn təbrikləri təqdim edirik. Videoda çıxış edənlər Yale Hüquq Məktəbinin professoru William Eskridge (14-cü ən çox istinad olunan hüquq müəllifi), Harvard Hüquq Jurnalının 129-cu prezidenti Jonathan Gould, Beynəlxalq Səhiyyə Hüququ üzrə Georgetown Universitetinin professoru Lawrence Gostin və Bakı Dövlət Universiteti Hüquq fakültəsi Konstitusiya hüququ kafedrasının Baş Müəllimi Elşad Nəsirovdur. Səhifədə daha sonra isə ingiliscə nitqlərin Azərbaycan dilinə tərcümə olunmuş mətnlərini də oxuya bilərsiniz. Videoda öz dəyərli fikirlərini bizimlə bölüşənlərin hər birinə hüquq elminə verdiyi töhfəyə və bizə olan təbriklərinə görə dərin təşəkkürümüzü bildiririk!

William Eskridge – John A. Garver Professor of Jurisprudence at Yale Law School

Mən, William Eskridge, Amerika Birləşmiş Ştatlarında Yale Hüquq Məktəbinin professoruyam. Mən bu videonu Azərbaycan Respublikasının vətəndaşlarına, xüsusilə, Bakıdakı hüquq fakültəsinin (BDU Hüquq fakültəsi) tələbələrinə və həmin hüquq fakültəsində fəaliyyət göstərən hüquq jurnalının redaktorlarına göndərirəm.

Bizim Amerika Birləşmiş Ştatlarında, demək olar ki, 200 ildən artıqdır ki, hüquq jurnallarımız var və bu sahədə təcrübəmiz olmasına baxmayaraq, biz hələ də öyrənirik. Mənə elə gəlir ki, bu sizin ölkəniz və hüquq fakültəniz üçün çox gözəl ideadır. Və mən bir neçə dəqiqə boyunca hüquqi elmi işin potensial dəyərindən danışmaq istərdim. Başqa sözlə, praktiki hüquqşünaslar, hakimlər və hüquq professorları tərəfindən yazılan məqalələrin faydalarından danışmaq istərdim. Eləcə də, “tələbə qeydləri” adlandırdığımız, həmin jurnaldakı tələbə nəşrlərindən danışmaq istərdim.

Hüquqi elmi işin dəyəri nədir və hüquqi elmi iş nədir? Hüquqi elmi iş hüquqşünas müəllif tərəfindən yazılan, müəmmalı detalı, hər hansı problemi, hüquqi doktrinanı, hətta hüququn bir sahəsini təhlil edən orijinal bir işdir və həmin elmi iş hüququn hər hansı ayrıca sahəsi və ya doktrinal fikirlər, arqumentlər, dünya, ölkə, hüquq haqqında faktlar üzərindən tərəfsiz və neytral baxışı təmin edir. Və adətən, hüququn necə işləməsi, hüquqi məsələnin necə həll edilməsi, hüquqi doktrinanın necə aydınlaşdırılması barəsində fikirlər təklif edir. Bu, çox mühüm çalışmadır və yəqin ki, hüquq tələbələri, yaxud praktiki hüquqşünaslar və ya hüquq professorları üçün bu tip orijinal hüquqi elmi iş yazmaqdan mühüm bir çalışma yoxdur. Təəccüblü gələ bilər ki, bəs bu cür hüquqi elmi işin hüquq fakültəsinin özü üçün, ölkənizdə hüququn inkişafı üçün və ya mühüm əsas kimi ölkəniz üçün faydaları nələrdir? Deməli, hüquq fakültəsinin özündə bu, hüquq tələbələrinin “orijinal” hüquq jurnalı məqalələri yazması üçün mükəmməl çalışmadır və hətta bu yazılar sayəsində hüquq tələbələri yüksək, original, yaradıcı və real fikir sahibi ola bilərlər.  Praktiki hüquqşünaslar və hüquq professorları tərəfindən yazılan yazılar adətən daha iddialı olur və daha geniş mövzuları, doktrinaları və bəlkə də, hüququn bütün sahələrini ayrıntılı bir şəkildə əhatə edir. Bu işin faydası ondan ibarətdir ki, bu, sizi neytral və tərəfsiz düşünməyə məcbur edir və hansısa hüquq sahəsinin necə işləməli olduğunu göstərir. Əlbəttə, bunun hüquq fakültəsi üçün faydası hüququn tədrisi üsulu kimi problemlərdən çıxış yolu tapmağı, problemləri faktiki və məntiqi şəkildə təhlil etməyi öyrətməsidir. Sözsüz ki, sizin ölkənizdə hüququn aliliyinin inkişafı üçün daha çox faydası olar. Böyük ehtimalla, hüququn aliliyinin təmin olunması üçün hüquqşünasların töhfə verə biləcəyi başqa bir mühüm vasitə yoxdur. “Hüququn aliliyi” deməklə nəyi nəzərdə tuturam? Ölkədə hüququn aliliyi müvafiq orqanlar tərəfindən bütün vətəndaşların, o cümlədən, siyasi liderlərin də riayət etməsi üçün qaydaların təsis edilməsilə yaranır. Hüququn aliliyi hər kəs üçün neytral və tərəfsiz şəkildə təmin olunmalı və ölkənin ümumi maraqlarına xidmət etməlidir. Hüquq jurnalları və hüquq jurnalı məqalələri buna necə töhfə verə bilər? Bu işə verilən töhfə qaydaların bizə nəyi xatırlatdığından, onların tətbiq prosesindən, məsələn, müstəqil şəxslərin iştirakı ilə ortaya çıxan mülkiyyət və müqavilə münasibətlərindən, bir-birimizə qarşı ziyan vurmamaq öhdəliyindən, dövlət tərəfindən cəzalandırılan cinayət əməllərini tənzimləyən cinayət hüququndan, bu qaydaların necə uyğunlaşdırılmasından məlumat  verən  fikirlərdən ibarətdir. Bütün bunlar, hüququn başa düşülməsi və hüquqi prinsiplərin dərc olunması ölkənin hüquqşünasları və vətəndaşları, həmçinin dövlət işçiləri üçün əhəmiyyətli olan sahələrdir. Hüquqi elmi iş bu prinsiplərin aydınlaşdırılmasına və təbliğinə kömək edə bilər.

Bundan əlavə, hüquqi elmi iş bizə bu prinsiplərə tarixi və tənqidi şəkildə başa düşərək yanaşmağa kömək edəcək. “Tənqidi şəkildə başa düşmək” deməklə nəyi nəzərdə tuturam? Biz bir hüquq doktrinasının hüquq jurnalı məqalələrində, yaxud qeydlərində izah edildiyinin şahidi ola bilərik. Lakin biz, həmçinin bu doktrinanın məhdudiyyətlərini də görə bilərik. Qaydaların məhdudiyyəti və bəlkə də, daha dərin, uzun müddət davam edən və uzlaşmaz problemlərdən ibarət qaydalar və onların yenidən qurulması kimi işləri qanunverici həll edir və beləliklə, hüquq jurnalının bir digər dinləyicisi qanunları qəbul və tətbiq edən qanuvericilərdir. Bu – mövcud qaydalara tarixi və tənqidi yolla yanaşma hüquq jurnalların ikinci məqsədidir.

Hüquq jurnallarının üçüncü məqsədi ölkənin kantonları qismində – hakimlər üçün, qanunvericilər üçün, inzibatçılar üçün rəhbər mövqeyində xidmət etməkdir. Hüquq jurnalı müəllifləri vəzifəli şəxsləri – hakimləri, qanunvericiləri və inzibatçıları daima izləməlidirlər. Onlar vəzifəli şəxslərə diqqət yetirməli, həmin şəxslərin tədbir və şərhlərini bayaq qeyd etdiyim tənqidi yanaşma nöqteyi-nəzərindən təhlil etməlidirlər. Və bunun ən mühüm tərəfi odur ki, hakimlər, inzibatçılar, qanunvericilər başqalarının onlara diqqət yetirdiklərini bilir və onlar ölkənin daha geniş maraqları üçün, Azərbaycanın bütün vətəndaşlarının ictimai maraqları üçün nə edəcəklərini təhlil edirlər. Və beləliklə, o, bu cür faydalı məqsədə də xidmət edə bilər.

Beləliklə, bütün bu səbəblərə görə, mən sizin Hüquq Jurnalını təbrik edirəm, çünki o yalnızca ölkənizdə hüququn  aliliyinə xidmət etmir, həmçinin Amerika Birləşmiş Ştatlarında olduğu kimi bəzən demokratiya və məsul hökümətin maraqları üçün də xidmət edir. Mən sizi Hüquq Jurnalınızın formalaşması münasibətilə təbrik edirəm. Sizə ən xoş arzularımı bildirir və ümid edirəm ki, sizin elmi işlər də neçə on illərin təcrübəsindən sonra bizdə – Amerika Birləşmiş Ştatlarında olduğu kimi xoş və məhsuldar olacaqdır.

 


Jonathan Gould – 129th president of the Harvard Law Review

Sizləri təbrik edir və Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının fəaliyyətində ən xoş arzularımı bildirirəm.

Tələbə Hüquq Jurnalı tələbələrin qabaqcıl mütəfəkkirlərin düşüncələrindən yararlanmaları və özlərinin düşünmə və yazı qabiliyyətlərini təkmilləşdirmələri üçün gözəl imkandır. Daha geniş desək, hüquq jurnalları və onlarda ehtiva olunan fikirlər azad cəmiyyət üçün hüququn aliliyinin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Diqqətli və ciddi araşdırma, qanunların necə işləməsi, onların necə yaranması və onların necə təkmilləşdirilməsi cəmiyyət üçün vacib xidmətlərdir.

Sizlərə ən xoş arzularımı bildirir və növbəti işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.


Lawrence O. Gostin – Professor of Global Health Law at Georgetown Law School

Salam, mən Lawrence Gostin, Washingtonda, Georgetown Universitetində Beynəlxalq Səhiyyə Hüququ üzrə professoram.

Və mən qeyd etmək istəyirəm ki, sizin Hüquq Jurnalı nəşrinə başlamağınız məni çox sevindirdi. Mən Beynəlxalq Səhiyyə Hüququ üzrə nəşrlərin üzərində uzun illər çalışmışam və öyrəndiklərimdən biri budur ki, öz yazı qabiliyyətinizi inkişaf etdirməklə siz daha çox insanla ünsiyyət qura bilərsiniz. Siz sadəcə öz akademik yazı qabiliyyətinizi inkişaf etdirməklə dünyada böyük bir dəyişiklik edə bilərsiniz və mən artıq sizin Hüquq Jurnalı üçün bunu etməyə başlamağınızdan məmnunam. Mən bilirəm ki, siz mükəmməl işlər görəcəksiniz və sizin öz istəklərinizi gözəl bir yazı, akademik üslub ilə zənginləşdirməyə ehtiyacınız var. Və bunu da bilin ki, sizin Georgetown Universitetindəki dostlarınız və həmkarlarınız sizə uğurlar arzulayır və biz istənilən vaxt sizinlə əməkdaşlıq etməkdən məmnun olarıq.

Əhsən və bu möhtəşəm Hüquq Jurnalı macərasında sizə uğurlar. Özünüzə yaxşı baxın. Sağolun.

Continue Reading
You may also like...
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More in Bloq

To Top