Connect with us

Bloq – Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı

Kazus əsaslı məqalə necə yazılmalıdır?

ls-01

Bloq

Kazus əsaslı məqalə necə yazılmalıdır?

 

Kazus əsaslı məqalə haqqında məhkəmə qərarı olan iş barədə müəllifin fikirlərini ifadə edən məqalədir. Müəllif məhkəmənin qərarını tənqid edə, dəstəkləyə və ya əlavə həll yolları təklif edə bilər. Bəs kazus əsaslı məqalə necə yazılmalı və nələrə diqqət yetirilməlidir?

Araşdırma. Yalnız məhkəmə işi və qanunvericiliyin müvafiq norması kazus əsaslı məqalə yazmaq üçün kifayət deyildir. Bu tipdə uğurlu məqalənin yazılması üçün əlavə olaraq oxşar məhkəmə işlərinə, tətbiq olunan qanunvericiliyin müxtəlif təfsir formalarına, işə baxan hakimlərin sonda rəylərinə, digər ölkələrdə oxşar işlər üzrə məhkəmələrin qərarlarına baxmaq lazımdır.

Faktlar. Məqalədə əsas məqamlara toxunmazdan əvvəl məhkəmə işindəki faktların qısa təqdimatını vermək işə yad olan kütləni məqalənin oxucusuna çevirir. Bu həm də məqalə boyunca əsas hansı faktlarla işləyəcəyimizi müəyyən etmək və oxucunun diqqətini cəlb etməyə imkan yaradır. Ən pis halda (məqalənin oxunmadığı halda) faktların qısa təqdimatı haqqında danışılan 150-160 səhifəlik kazusu oxumalı olub,  lakin vaxtı olmayan tələbə üçün çox faydalı olacaq və məqalənin dəyəri onun gözündə on dəfə artacaqdır.

Hüququn faktlara tətbiqi məhkəmənin və müəllifin özünün hüququ faktlara necə tətbiq etdiyini xarakterizə edir. Bu zaman hüquq müəllif tərəfindən analiz olunur, qanunvericiliyin tətbiqində yaranan fərqlər, problemlər, boşluqlar üzə çıxarılır, tərəflərin və məhkəmənin mübahisənin hüquqi həllində yol verdiyi səhvlər göstərilir. Eyni dövlətin digər məhkəmələri və başqa dövlətlərin oxşar məhkəmə işlərindəki təcrübəsini nümunə olaraq göstərmək məqsədəuyğun hesab edilir. Müəllif müvafiq məhkəmə işi əsasında formalaşdırılmış mövqeyi göstərir və qərar ilə bağlı tətbiq olunub-olunmaması nəzərə alınmaqla mövqeyi ilə ümumiləşdirir.[1]

Məqalənin nəticə hissəsində yalnız məhkəmənin qərarı deyil, həm də müəllifin məhkəmə işinə münasibəti və məhkəmənin qərarına tənqidi yanaşması verilir.

Kazus əsaslı məqalə yazmağın mənfi cəhəti ondan ibarətdir ki, artıq məhkəmədə baxılmış və öz aktuallığını itirmiş məhkəmə işi haqqında məqalə yazmaq məqalənin faydalılığı və yenilikliyi ilə bağlı tələbləri təhlükə altında qoyur. Məhz bu səbəbdən tələbələr üçün məqalədə kazusa deyil, problemə fokuslanmaq və eyni problemlə əlaqəsi olan bir çox məhkəmə işini nəzərdən keçirmək daha effektiv metod ola bilər.[2]


İstinadlar:

[1] Karl Nickelson Llewellyn, The Writing of A Case Note, 7 (1920).

[2] Eugene Volokh, Academic Legal Writing: Law Review Articles, Student Notes, Seminar Papers, and Getting on Law Review, 45 (4th ed. 2010).

Continue Reading
You may also like...
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More in Bloq

To Top