Connect with us

Bloq – Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı

Fuad Zərbiyev: “Yaxşı hüquqşünas o kəs deyil ki, təkcə formal hüquq qaydalarını yaxşı bilsin…”

blog - jurnal_Fotor

Bloq

Fuad Zərbiyev: “Yaxşı hüquqşünas o kəs deyil ki, təkcə formal hüquq qaydalarını yaxşı bilsin…”

Fuad Zərbiyev Bakı Dövlət Universiteti Hüquq fakültəsi (LL.B), Hague Academy of International Law (Diploma), Harvard Law School  (LL.M) məzunudur və Graduate Institute of International Studies-də (Cenevrə, İsveçrə) Beynəlxalq hüquq üzrə doktorluq müdafiə etmiş hüquq üzrə fəlsəfə doktorudur. Fuad bəy New York University School of Law-da tədqiqatçı olmuş, Curtis, Mallet-Prevost, Colt & Mosle LLP beynəlxalq hüquq şirkətinin Nyu-York ofisində hüquqşünas kimi fəaliyyət göstərmişdir. O, hal-hazırda Graduate Institute-da dosent kimi tədrislə məşğuldur.

O, bizim suallarımızı cavablandırmış və Azərbaycan hüquq tələbələrinə tövsiyələrini bizimlə bölüşmüşdür. Müsahibənin mətnini sizə təqdim edirik.


Sual: Siz praktiki hüquqşünas olmusunuz və müəllif, alimsiniz. Hüquqi yazının hüquqşünas/hüquq tələbəsi üçün əhəmiyyəti barədə nə deyə bilərdiniz?

F.Z.: Hüquqi yazıya dair gözləntilər təbii olaraq ona yanaşma qabiliyyətindən asılıdır. Hüquqi hadisələri bütün təfərrüatı ilə anlamaq və izah etmək hüquqşünas mütəxəssislərin peşəsi olandan bəri onlar hüquqi yazını öyrənir və hazırlayırlar. Praktiki hüquqşünaslar hüquqi yazıya bir növ sənət aləti kimi yanaşırlar. Belə ki, onlar bunun vasitəsilə yaranmış müxtəlif məhkəmə işlərində öz arqumentlərini əsaslandıra bilmək üçün üsullar tapırlar. Hüquq tələbələri  hüquqi yazılara adətən öz dərs materiallarını tamamlamaq üçün və mürəkkəb məsələləri dərindən anlamağa nail olmaq məqsədilə üz tuturlar.


 

Sual: Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 2-ci Buraxılışını nəşr etdirmiş olmağımıza baxmayaraq, jurnalımız artıq dünyanın ən böyük hüquqi araşdırma məlumat bazası olan HeinOnline və məqalə və digər məlumatların göndərilməsi üçün hüquq alimləri,  hüquq jurnalları və hüquq məktəbləri tərəfindən istifadə olunan ExpressO-ya daxil edilmişdir.

Bizim jurnalımız və ya Azərbaycanda bu tipli jurnal nəşri haqqında nə deyə bilərsiniz?

F.Z.: Bakı Dövlət Universitetində tələbələr tərəfindən redaktə edilən hüquq jurnalının mövcud olması keçmiş Sovet respublikalarında hüquq sahələrinə qarşı intellektual azadlığın inkişafında maraqlı olan istənilən şəxs üçün sevindirici haldır.


Sual: Hüquq tələbələri, hüquq alimləri və hüquqşünaslıq ixtisasının inkişafı üçün bu, nə dərəcədə həlledicidir?

F.Z.:

Hüquq jurnalının təsiri əhəmiyyətli dərəcədə  ona cəlb olunmuş insanların bununla nə hasil etmək istədiklərindən asılıdır. Vacib məqamlardan biri odur ki, bu şəkildə hüquq jurnalı intellektual hüquqi tənqidin səviyyəsinin qaldırılmasına nail ola bilər, hansı ki bu hal keçmiş Sovet respublikalarında Sovet təhsil ənənələri üzündən çox böyük problem olaraq qalır.


Sual: BDU Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyəti Hüquq Jurnalının nəşrini, milli hüquqda ilk hüquqi arqumentə əsaslanan Əlimərdan bəy Topçubaşov adına Məhkəmə Müsabiqəsinin təşkilini, Hüquqi Araşdırma Köməkçisi Layihəsini və bununla bərabər Hüquq Müzakirə Forumunu həyata keçirir.

Bu layihələrin əhəmiyyəti barədə nə düşünürsünüz?

F.Z.: Bütün bu təşəbbüslər çox mütərəqqi haldır. Məhkəmə müsabiqəsi tələbələr üçün müxtəlif hüquq sahələrinə aid biliklərini praktiki səviyyədə inkişaf etdirmək üçün əla vasitə ola bilər. Hüquqi araşdırma və müzakirə layihələri əsaslı şəkildə hüquq barəsində fikir mübadiləsinin səviyyəsinin qaldırılmasına köməklik göstərə bilər.


Sual: Azərbaycanlı hüquq tələbələrinə nə məsləhət görərdiniz?

F.Z.: Mən onlara açıq fikirli olmaqlarını və düşüncə sərhədlərini həmişə genişləndirməyə davam etmələrini tövsiyə edərdim. Yaxşı hüquqşünas o kəs deyil ki, təkcə formal hüquq qaydalarını yaxşı bilsin və məhkəməyə iddia ərizəsini necə təqdim etməyi bacarsın. Hüquq sosial institutdur və geniş sosial münasibətləri tənzimləyir. Bu səbəbdən hüquqşünas bütün bunlardan məlumatlı olmalıdır. Hüquq sosial institutdur və daha geniş sosial kontekstlərdə işlədiyindən hüquqşünas da bütün bunlardan xəbərdar olmalıdır.


 

 

Cənab Zərbiyevə müsahibəyə görə təşəkkür edirik!

Continue Reading
You may also like...
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More in Bloq

To Top