Buraxılış 3/Say 2

Aşağıdakılar 2016-2017 buraxılış ilinin 2-ci sayının (Buraxılış 3/Say 2) məqalələridir. Bütün nəşrlərə bu səhifədən baxa bilərsiniz: Arxiv


1. Conflict of values in a global space, in the background of different view of natural law
– Ivan Liska

This article is dedicated to the importance of values and their perceptions of the different understanding of the natural law. It is essential to define the legal point of view, the context in which we explore the concept. It could be, for example, the context of natural or positive law, whether the context of subjective or objective law, etc. This define is especially
important in understanding international instruments that are dedicated, for example, human rights, while drawing inspiration from different culture, different historical experience and perception at different sources of law. It is important to bear in mind the purpose of an international document, which must be capable of applicability. In order, not to create documents that are not signatories to the applicable due to misunderstanding and underestimation of the diversity of cultures and perception of terms.



2. The High Price to Pay for the Cloud: How Cloud Based Storage Applications Streamline Data Storage, but Pose Legal Issues and Security Risks to Private Sector Employers and Employees Alike
– Maryam Nabiyeva

The advent of new cloud-based technologies has generated questions and concerns over their application in the workplace. While everyday users store mounds of information in the cloud without realizing it, businesses specifically chose cloud-storage for convenience and in a lot of cases necessity. This however may open them up to liability beyond that of “data breaches.” While the courts in United States has addressed this issue in the realm of privacy concerns to public employees (i.e. government employees), private sector employees and employers alike are left in the dark as to their obligations and liabilities.
This article will discuss generally what cloud-computing is, what legal issues it poses in the areas of wage and hour law, intellectual property law and general privacy considerations for both the employer and employee alike. It will also examine whether necessity exists for employers to safeguard utilization of cloud based storage in the workplace, if they chose to store protected health information, and the likelihood of impending necessity to re-draft employment agreements to protect work product and other privileged client information that may be stored in the cloud. This article will also look at any existing or proposed legislation and review any cases on the issue that have been decided in the country, that could help both sides in navigating the ever advancing world of cloud computing. Finally, this article attempts to propose adequate solutions where legislation and the courts have failed.


3. İnformasiyaya çatımlılıq
– Gülnaz Ələsgərova

İnformasiyaya çatımlılıq fikir ifadə etmək azadlığının vacib ünsürlərindən biridir. İnformasiya əldə etmək mütləq hüquq olmayaraq bir sıra hallarda məhdudlaşdırıla bilər. Məqalə də məhz informasiyaya çatımlılığa, ona qoyulan məhdudiyyətlərə, onların qanuni məqsədlərə uyğun olub-olmamasını müəyyən edən beynəlxalq standartlara və informasiya əldə etmək hüququnun reallaşmasında informatorların roluna həsr olunub.

 


4. Kölgə bankçılığı və onun yeni modelini necə tənzim etməli?
– Nurlan Məmmədli

Azad bazar iqtisadiyyatının inkişafı, hər gün yenilənən və artan maliyyə tələbatı nəticəsində yaranan və dayanmadan inkişaf edən Kölgə Bankçılığı əhatə etdiyi geniş vəsait həcmi ilə az qala bütün ənənəvi bank formalarını qabaqlayır. Məqalədə kredit əməliyyatlarının “yeni nəsil kuryeri” kimi Kölgə bankçılığının meydana gəlişi, anlayışı, tərkibindəki institutlar həmçinin hüquqi tənzimlənməsi araşdırılmışdır. Son illərdə meydana çıxan kölgə bankçılığının yeni modelinin də əks olunduğu bəzi maliyyə mütəxəssislərinin fikirləri təhlil edilmiş, hüquqi tənzimlənmənin Çin modeli təsvir olunmuşdur. Hüquqi mübahisələrin həlli və hüquqi tənzimləmə texnikasının inkişafında rolu üçün effektiv variant təklif edilmişdir.


5. Azərbaycan əmtəə nişanı hüququnda qarışdırılma ehtimalı anlayışı.
– Elnur Kərimov

Bu məqalədə, ümumilikdə, sənaye mülkiyyətinə daxil olan əmtəə nişanı hüququnun Azərbaycanda hüquqi tənzimlənməsindəki problemlər və çatışmazlıqlar, əmtəə
nişanlarının qeydiyyatından imtina və ya qeydə alınmış əmtəə nişanlarının qeydiyyatının ləğvi üçün əsas təşkil edən qarışdırılma ehtimalı araşdırılmışdır. Qarışdırılma ehtimalının müəyyən olunması üçün axtarılan əsas meyarlar öyrənilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə qərarlarında əmtəə nişanından tələb olunan xüsusiyyətlər model olaraq Türk əmtəə nişanı hüququ ilə müqayisə edilərək, boşluqların aradan qaldırılması üçün təklif və tövsiyələr verilmişdir.


6. “Tanrının işi” iflas prosesində
– Gülnaz Salmanova

Anderraytinq, Birləşmə və Qoşulma kimi fəaliyyətləri əsas istiqaməti olan investisiya bankçılığı vasitəçilik xidməti ilə nəinki bankçılıq sektorunda, bütünlükdə dünya iqtisadiyyatında spesifik yer tutur. Məqalədə investisiya banklarının iflas prosesi və iflasına aparan səbəblər araşdırılmışdır. Bununla bağlı ex-post və ex-ante halında iflas normaları üçün müəyyənləşdirilməli olan əsas amillər açıqlanmışdır. 2007-2008-ci illərin qlobal maliyyə böhranında investisiya banklarının oynadığı rol, “bata bilməyəcək qədər böyük” konsepti, dövlətin bu bankların iflasında və qurtarılmasında yeri və səbəbləri diskussiya edilmişdir. Sonda isə, böhrandan çıxarılan dərslər, Dodd-Frank Uoll Strit Reformu və İstehlakçıların Hüquqlarının Qorunması Qanunu və Volcker Rule-dan doğan nəticələr analiz edilmişdir.

 

7. Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu
– Sənəm Mustafayeva

Feminizm sahəsində problemlərlə qarşılaşan İslam dini və ondan törəyən İslam hüququnda qadın hüquqlarının əks olunması məsələsi hər zaman mübahisə doğurur. Müxtəlif ölkələrdə məskunlaşmış müsəlman qadınların hüquqları var ilə yox arasındadır. Bu nöqteyi-nəzərdən, məqalədə İslamda əks olunan qadın hüquqları ilə islam ölkələrində mövcud olan qadın hüquqlarının müqayisəsinə, dünyəvi ölkələrdə müsəlman qadınlara “dünyəvilik” prinsipinin şamil edilməməsi məsələsinə yer verilmiş, həm müsəlman, həm də dünyəvi ölkələrin nümunəsində ətraflı araşdırma aparılmışdır.

8. Beynəlxalq cinayət hüququnda ekstradisiya və bu kontekstdə insan hüquqları
– Leyla Həşimova

Məqalədə  ekstradisiya anlayışı, təhvilverməyə münasibətdə ekstradisiya, onun inkişaf tarixi və mənbələri, ekstradisiyanın tətbiqi üçün lazımi şərtlər, tətbiqi istisna edən hallar, üçüncü dövlət və ekstradisiya, habelə, ekstradisiya olunacaq şəxsə münasibətdə insan hüquqları təhlil olunmuşdur. Qeyd olunanlarla bağlı çatışmayan cəhətlər müəyyənləşdirilmiş, çatışmazlıqların aradan qaldırılması üçün təkliflər irəli sürülmüşdür.