Buraxılış 2 | Say 1

Aşağıdakılar 2015-2016 buraxılış ilinin 1-ci sayının (Buraxılış 2/Say 1) məqalələridir. Bütün nəşrlərə bu səhifədən baxa bilərsiniz: Arxiv


1. Boşluq anlayışı, növləri və boşluqların aradan qaldırılma mexanizmi pozitiv hüquq kontekstində.
– Vaqif Nəsirov

Məqalədə ilkin olaraq hüquqda boşluq anlayışının təbii və pozitiv hüquq aspektindən izah olunmasına çalışılmışdır. Bundan əlavə, tanınmış alimlərin baxış bucaqları, boşluqların anlayışı və növləri, boşluqların aradan qaldırılma mexanizmləri, Azərbaycan və xarici ölkələrin təcrübələri araşdırılmış və məqalənin strukturunun təşkilində önəmli yer tutmuşdur. Nəticədə boşluqların aradan qaldırılmasının qanunvericilik fəaliyyətində və cəmiyyətdəki münasibətlərin tənzimlənməsində rolu vurğulanmışdır. Həll kimi, müstəsna hallarda hakimlərə hüquq yaradıcılığı prosesində diskresion səlahiyyət verilməsi təklif olunur.



2. The Protection of the Freedom of Expression in Europe: Analysis of Article 10 of the ECHR.
– Elvin Abbasli

The current article deals with the issues regarding freedom of expression, which has been thoroughly manifested in the European Convention on Human Rights and other international documents. The article takes a look at different sides of the freedom of expression in European legal system – the area of protection, the legitimate grounds for restrictions and relevant case law, briefly analysing those elements.


3. Bağışlamanın vərəsəlik payına təsiri.
– Günel Abdullayeva

Məqalə bağışlama əsasında əldə edilmiş hədiyyələrin vərəsəlik münasibətləri bərqərar olduğu halda nə kimi rol oynamasından bəhs edir. Burada hədiyyənin miras əmlakın açılması zamanı cəlb edilməsinin hansı hallarda ədalətli və məqsədəuyğun olması göstərilmişdir. Bu barədə Fransa, Almaniya, İngiltərə, Türkiyə və sair ölkələrin mülki qanunvericilik sistemi milli qanunvericiliklə müqayisə edilərək mənfi və müsbət məqamlar qiymətləndirilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsində daha ədalətli hüquq normasının müəyyən olunması barədə tövsiyələr əks olunmuşdur. Habelə məqalədə ailə əmlakına edilmiş hədiyyənin hansı hallarda birgə mülkiyyət hesab olunması və miras bölgüsündə necə nəzərə alınması məsələsinə toxunulmuş, birgə mülkiyyət rejimi qaydasının qanuni nikahdan əlavə, daha hansı hallarda nəzərə alınmalı olmasına dair müxtəlif müəlliflərin yanaşması əks olunmuşdur.

 


4. Müqavilə azadlığı prinsipi və Bona fide. Sərhədsiz müqavilə azadlığı?
– Gülnar Atakişiyeva

Məqalə mülki hüququn əsas təməl prinsiplərindən olan müqavilə azadlığı və onun çərçivəsində “bona fide” prinsipindən bəhs edir. Məqalədə müqavilə azadlığının yaranması, onun yaranmasında iradə azadlığının rolundan bəhs olunur. Eyni zamanda məqalədə müqavilə azadlığının əslində necə bir azadlıq vəd etdiyi, bu azadlığın nisbi və ya mütləq olması, onun hansı hallarda məhdudlaşdırılmasına yol verilməsinin mümkünlüyü analiz edilmişdir. Həmçinin məqalədə “bona fide” prinsipinin yaranması, onun hüquqi xarakteristikasının təhlili aparılmışdır. Milli qanunvericiliyimizə bu prinsiplə bağlı dəyişiklik edilməsi təklif edilmişdir. Müqavilə azadlığı çərçivəsində bona fidenin yeri və bu prinsipə təsiri araşdırılmışdır.


5. Sığorta “siyasət”indən məhkəmə qaydasında iddia qaldırılmasında standart şərtli sığorta müqavilələrinin rolu.
– Şəhla İbrahimova

Məqalədə sığorta müqavilələrindən məhkəmə qaydasında iddiaların qaldırılmasında sığorta müqaviləsinin standart şərtlərinin rolundan danışılmışdır. Standart şərtli müqavilə kimi sığorta müqavilələrinin bağlanmasında müqavilə azadlığı prinsipinin mahiyyətindən irəli gələn müqavilənin bağlanmasında tərəflərin bərabərliyi və müqavilə şərtlərinin müəyyən olunmasında güclərin bərabərliyi məsələləri araşdırılmışdır. Məqalədə həmçinin mövzunun mahiyyətini əhatə edən haqlı gözləntilər və contra proferentem doktrinaları və onların tətbiq olunduqları yurisdiksiyalarda məhkəmə iddialarının həllinə necə təsir göstərməsi təhlil olunmuşdur. Məqalədə dövlətin sığorta fəaliyyəti üzərindəki nəzarətinin qaldırılan məhkəmə iddialarının həllinə necə təsir etdiyini göstərməklə, məhkəmələrə bu mövzuda qaldırılan iddiaların həlli zamanı hansı müddəaların nəzərə alınmalı olduğu tövsiyə edilmişdir.


6. Kriminallaşdırma və dekriminallaşdırmanın əsasları.
– Nigar Abışova

Məqalədə cinayət məsuliyyətinin əsasında duran fəlsəfi baxışlar, cinayət məsuliyyətinə cəlb edilmənin əsası kimi çıxış edən cinayətin anlayışına dair nəzəriyyələr araşdırılaraq qanunvericiliyimizdə cinayətə verilən anlayışla müqayisə edilmişdir. Eyni zamanda cinayət törədən şəxsin cəzaya məruz qalması nəzərə alınaraq cəzanın məqsədlərinə dair nəzəri fikirlər, onun kriminallaşdırma fəaliyyətində rolu, cinayət hüququn hüquqi məsuliyyət nəzərdə tutan digər hüquq sahələri ilə fərqli xüsusiyyətləri tədqiq edilmişdir. Nəticədə kriminallaşdırılma və dekriminallaşdırma fəaliyyətində nəzərə alınmalı olan törədilmiş əməlin cinayət hesab edilmə meyarları məqalədə öz əksini tapmışdır.


7. Təsərrüfat subyektlərinin qeyri-qanuni üfüqi sazişləri (kartellər) ilə mübarizəyə dair beynəlxalq təcrübə.
– Eldar Qocayev

Müasir ticarətdə üfüqi sazişlər mənfəət əldə edilməsi yollarında biri kimi çıxış edir. Üfüqi sazişin tərəfi olan şirkətlər bazarda qeyri-rəqabət mühiti yaradaraq qiymət manipulyasiyası və ya digər vasitələrlə öz rəqiblərini bazardan çıxardır və ya yeni rəqiblərin bazara girməsinə mane olurlar. Bununlada bu cür sazişlər bir başa azad bazar iqtisadiyyatına ağır zərbə vurur və istehlakçıların hüquqlarını kobud surətdə pozur. Məqalədə kartellərin ümumi xarakteristikasına, tarixinə, üfüqi sazişlər haqqında konsepsiyalara, kartellər əleyhinə qanunvericiliyə və Güzəşt Proqramlarına yer verilmişdir. Sonda Güzəşt Proqramlarının daha təkmil olması üçün şərtlər təhlil edilmişdir.


8. Rəqabət hüququ: Hökmran mövqedən sui-istifadə.
– İlham Zülfüqarlı

Məqalədə açıq bazar iqtisadiyyatının əhəmiyyətli hüquq sahələrindən olan rəqabət hüququnda hökmran mövqe anlayışı, onun müəyyən edilməsi meyarları və ondan sui-istifadə halları yer almışdır. Hökmran mövqe, ondan sui-istifadə, hökmran mövqeyi müəyyən edən meyarlar, rəqabət mühitini pozan digər hallar beynəlxalq praktikanın, müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın rəqabət hüququ sahəsində nəzərdə tutulan normaların və Avropa Komissiyasının vermiş olduğu qərarların timsalında təhlil edilmişdir.


9. How to Deal with BEPS?
– Mehran Amirli

Rise of various multinational corporations and increasing development of cross-border activities make an unfathomable impact on regular and broadly utilized paradigms and regulations. This impact makes the long-acting phenomena more mudded or create new ones and these progressions create challenges for tax authorities as well. Issues of taxation of multinationals and corporate tax avoidance is referred as Base Erosion and Profit Shifting (BEPS). This article is devoted to examine BEPS and propose a solution in this respect. In this regard, loopholes of international taxation, tax competition of states, tax havens, digital economy, hybrid mismatch arrangements, transfer pricing are analyzed, corporate tax structures of some multinationals (Apple and Amazon) is depicted and as a solution, foundation of International Tax Organization is suggested and its possible modus operandi  is proposed.


10. Transfer Pricing.
– Amrah Rahmanov

Nowadays, in the fast-paced world Multinational Enterprises have the significant role in international trade. On the one hand cross-border transactions among the entities of Multinational Enterprises increase worldwide trade traffic, on the other hand intra-firm transactions initiate utilization of these transactions for tax avoidance purposes. Multinationals establish their subsidiaries in offshore zones, which helps them to allocate profits to overseas with the help of transferring goods, services, and intangibles. The rules for adjusting this kind of issues, like arm’s length standard and arm’s length methods, especially profit split method as the most appropriate method, cost-sharing agreements, and advance pricing arrangements will be discussed in this article.


11. Software License Agreements: Main Types, Legal Aspects, and Regulations.
– Kanan Madatli

The article is discussing one of the contemporary laws – Software License Agreements in IT law. The concept of Software License Agreements, the main types of Software License Agreements, their legal aspects, law regulations on software and other important facts are mentioned in the article. At the same time there are some cases about the topic in the article that these cases are helpful for understanding Software License Agreements. And also in the article, you can see different countries’ legislations on software law and how they are implemented nowadays.


12. Tibb hüququ: Düzgün tibbi müdaxilə, malpraktis və komplikasion hüquqi fakt qismində.
– Dunay Xasaylı

Məqalədə dinamik inkişafda olan ictimai münasibətlərin yeni bir istiqamətinin – Tibb hüququnun yaranmasının nəzəri əsasları öz əksini tapmışdır. Həm Roman-german hüquq sistemli, həm də Anqlo-sakson hüquq sistemli ölkələrin bu sahə ilə bağlı nəzəri konsepsiya və baxışları haqda məlumat verilmişdir. Həmçinin tibb hüquq münasibətlərinin yaranmasında hüquqi fakt kimi çıxış edən malpraktis, düzgün tibbi müdaxilə, komplikasion haqda danışılır. Həmçinin məqalədə tibb hüququnun subyektləri ilə bağlı zidd fikirlərə də aydınlıq gətirilmişdir. Müasir dövrdə tibb hüququ baxımdan tənzimlənmənin vacibliyini labüdləşdirən orqan transplantasiyası, qüsurlu estetik əməliyyatlar, laboratoriyada canlı insanlar üzərində aparılan araşdırmalar haqda məlumat verilir. Məqalədə tibb hüququnun predmeti olan süni mayalanma, qanunsuz abort və klonlaşdırma haqda məlumat verilmişdir.


13. Case of Islam-Ittihad Association v. Azerbaijan Republic.
– Ramin Aliyev

The article has been dedicated to one of the challenges of our times. In general, it discusses the phenomena of freedom of religion and belief (FORB, in Azerbaijani DVEA), and reviews the legal aspects of the fight against the radical religious groups. One of the recent cases seen by the European Court of Human Rights, “Islam-Ittihad and others v. Azerbaijan”, has been placed in the centre of attention in this research.